Mayda Türküstanda TDT-nin Zirvə Görüşü keçiriləcək

A- A A+

Türk Dövlətləri Təşkilatı liderlərinin Zirvə Görüşü mayın ortalarında Türküstanda keçiriləcək.

NUHÇIXAN-ın Akordaya istinadən verdiyi məlumata görə, bunu Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türküstan vilayətinin ictimaiyyəti qarşısında çıxış edərkən bildirib.

“Dünyadakı mövcud qeyri-sabit vəziyyət şəraitində bu beynəlxalq tədbir xüsusi əhəmiyyət kəsb edir. Hökumət və akimat bu sammitin keyfiyyətli təşkilinə birinci dərəcəli diqqət yetirməlidir”, - deyə dövlət başçısı vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: