Almaniya polisi tərəfindən Avropolun dəstəyi ilə həyata keçirilən beynəlxalq “Alice” əməliyyatı çərçivəsində ağır cinayətlə bağlı materialların yayılması və fırıldaqçılıqla əlaqəli təxminən 400 min darknet veb saytı bağlanıb.
NUHÇIXAN xəbər verir ki, əməliyyatda 23-dən çox ölkə iştirak edib. İstintaq zamanı uşaq pornoqrafiyası ilə bağlı ağır cinayətlərdə şübhəli bilinən beş İsveç vətəndaşı müəyyən edilib. İstintaqın məlumatına görə, platformalarda qanunsuz materiallar satılıb, lakin istifadəçilər ödənişdən sonra çox vaxt məzmuna daxil ola bilməyiblər.
İstintaq təxminən beş il davam edib. Hüquq-mühafizə orqanları 440 şübhəli şəxsi, eləcə də şəbəkənin iddia edilən təşkilatçısını - Çində yaşayan və beynəlxalq axtarışda olan 35 yaşlı kişini müəyyən edib.
