Səudiyyə Ərəbistanı viza müddəti bitmiş və ölkədə qalan əcnəbilər üçün xüsusi güzəştlər tətbiq edib

A- A A+

Səudiyyə Ərəbistanında viza müddəti bitmiş və İran ətrafında baş verən hərbi əməliyyatlar səbəbindən ölkəni tərk edə bilməyən əcnəbilərin vəziyyətinin tənzimlənməsinə başlanıb.

NUHÇIXAN xəbər verir ki, bu tədbirlər bölgədə mövcud vəziyyət səbəbindən ölkəni tərk edə bilməyən və 2026-cı il fevralın 25-dən müddəti bitmiş bütün növ səfər vizalarının, eləcə də ümrə, tranzit və son çıxış vizası sahiblərinə şamil olunur.

Nazirlik məsələ ilə bağlı iki istiqamətdə həll mexanizmi təqdim edib. Belə ki, vizası bitmiş şəxslərin ölkədə qalma müddəti onları dəvət edən tərəfin müraciəti əsasında 2026-cı il aprelin 18-dək uzadıla bilər. Bunun üçün müəyyən edilmiş rüsumlar ödənilməli və müraciət “Absher” platforması vasitəsilə həyata keçirilməlidir.

Eyni zamanda, müvafiq kateqoriyadan olan şəxslərə vizalarını uzatmadan, əlavə rüsum və ya cərimə ödəmədən birbaşa beynəlxalq keçid məntəqələri vasitəsilə ölkəni tərk etmək imkanı yaradılıb.

Nazirlik bu güzəştlərdən yararlanan şəxsləri 2026-cı il aprelin 18-dək ölkəni tərk etməyə çağırıb və əks halda qüvvədə olan qanunvericiliyə uyğun tədbirlərin görüləcəyi barədə xəbərdarlıq edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: