Qazaxıstanın Milli Süni İntellekt Platforması superkompüterlərə, genişmiqyaslı dil modellərinə və 120-dən çox dövlət məlumat bazasına çıxışı birləşdirib.
NUHÇIXAN Qazaxıstanın Süni İntellekt və Rəqəmsal İnkişaf Nazirliyinə istinadən xəbər verir ki, bu barədə vitse-nazir Dmitri Mun Şımkentdə keçirilən beynəlxalq texnologiya forumunda bildirib.
Qeyd edilib ki, platformada artıq vətəndaşların və dövlət aparatının ehtiyacları üçün 50-dən çox ixtisaslaşmış süni intellekt agenti yaradılıb.
Süni intellekt köməkçisi hər il daxil olan 5,5 milyon sorğudan 1 milyondan çoxunu emal edərək 16 dövlət qurumunun işini sürətləndirib. Təhlükəsiz süni intellekt tərcüməçisi 400 mindən çox tərcüməni yerinə yetirib, 60 mindən çox əməkdaş AI Qyzmet kurslarını bitirib, platformanın istifadəçilərinin sayı isə 15 min nəfəri ötüb. Platforma mərkəzləşdirilmiş hökumət məlumatlarının idarə edilməsi modeli olan AI DataHub üzərində qurulub. eGov AI üzrə ağıllı məsləhətçi 2 milyondan çox sorğunu emal edərək əlaqə mərkəzləri və ictimai xidmət mərkəzlərindəki iş yükünü azaldıb.
AI agentləri qaz göstəricilərinin avtomatik qeydindən tutmuş 38 klinikada terapevtlərə kömək etməyə və Qazaq Law sistemi vasitəsilə hüquqi məsləhətlər verməyə qədər geniş vəzifələr spektrini əhatə edir. Yeni AlemGPT modeli dövlət idarəçiliyində gündəlik prosesləri tam avtomatlaşdırmaq üçün hazırlanıb.
