İran Silahlı Qüvvələrinin ABŞ-nin Səudiyyə Ərəbistanındakı "Şahzadə Sultan" hərbi bazasına endirdiyi zərbə nəticəsində bir yanacaqdoldurma təyyarəsi məhv edilib, üç təyyarə isə zədələnib.
NUHÇIXAN xəbər verir ki, bu barədə dövlət teleradio şirkəti "Xatəm əl-Ənbiya" hərbi komandanlığının mərkəzi qərargahının rəsmi nümayəndəsi İbrahim Zülfüqariyə istinadən bildirib.
"Bu uğurlu əməliyyat zamanı bir yanacaqdoldurma təyyarəsi tamamilə məhv edilib, daha üç digər təyyarə zədələnib və sıradan çıxıb", - o bildirib.
