Cənubi Koreya aviaşirkətləri dünya bazarında neft qiymətlərinin artması və ABŞ dollarının milli valyutaya nisbətdə möhkəmlənməsinin gəlirlərinə mənfi təsirləri fonunda beynəlxalq uçuşları azaltmaq qərarına gəliblər.
NUHÇIXAN Cənubi Koreya mediasına istinadla xəbər verir ki, gəlirlərin azalması xüsusilə aşağı büdcəli daşıyıcılarda daha aydın görünür. Hələ ötən il Koreya vonunun dollara qarşı uzun müddətli dəyərdən düşməsi səbəbindən aviaşirkətlər əməliyyat itkiləri barədə məlumat vermişdilər. Yaxın Şərqdə başlayan gərginlik fonunda yanacaq qiymətlərinin artması səbəbindən bu il qazanc proqnozları da ürəkaçan deyil. Aviaşirkətlər bilet qiymətlərinin artmasının sərnişin tələbatını zəiflədəcəyi ilə bağlı narahatlıqlar səbəbindən uçuş əməliyyatlarını azalmağa qərar verib. “Jin Air” aprelin 4-dən 30-dək 8 marşrut üzrə 45 reysi ləğv edib.
Təsirə məruz qalan marşrutlara Seul-Quam, Seul-Naçanq və Busan-Sebu daxildir. Orta və uzun məsafəli marşrutlara diqqət yetirən “Air Premia” da oxşar səbəbdən aprel ayından etibarən Seul-Los-Anceles marşrutu üzrə 26, Seul-Honolulu marşrutu üzrə isə 6 uçuşu azaldacaq.
“Aero K”, “Air Busan” və “Eastar Jet” də bir neçə beynəlxalq uçuşu ləğv etdiyini açıqlayıb.
