Acarıstan MR Ali Şurasının sədri vəzifəsindən istefa verib

A- A A+

Gürcüstanın Acarıstan Muxtar Respublikası Ali Şurasının rəhbəri David Qabaidze martın 30-da vəzifəsindən istefa verib.

NUHÇIXAN xəbər verir ki, bu barədə D.Qabaidze özü bu gün keçirdiyi brifinqdə açıqlama verib. İstefanın dəqiq səbəbləri barədə məlumat verilməyib.

Məlumata görə, Ali Şuranın yeni rəhbəri hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyasının üzvü Tsotne Ananidze olacaq.

Qeyd edək ki, David Qabaidze bu vəzifəni 2016-cı ildən tuturdu.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: