Gürcüstanda insanlara qarşı xüsusi qəddarlıqla zorakılıq törədən 13 nəfər həbs olunub

A- A A+

Gürcüstanda müxtəlif neonasist qruplarını və faşist ideologiyasını dəstəkləyən, insanlara qarşı xüsusi qəddarlıqla zorakılıq törədən 13 nəfər həbs edilib. Onlardan 7-si yetkinlik yaşına çatmayanlardır.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstanın Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin direktoru Vaja Siradze bu gün keçirdiyi brifinqdə məlumat verib.

O bildirib ki, eyni cinayət işi üzrə davam edən istintaq çərçivəsində əldə olunan dəlillərə əsasən, oxşar cinayətə görə həbsdə olan daha 4 nəfər qrup zorakılığını təşkil etməkdə və həmin hərəkətlərdə iştirakda ittiham olunacaq.

Təqsirləndirilən şəxslərin evlərində aparılan axtarış zamanı silahlar, nasist simvolları, mobil telefonlar, maskalar və müxtəlif elektron cihazlar müsadirə edilib.

Faktlarla bağlı istintaq davam etdirilir.

Qeyd edək ki, qrup üzvlərinin zorakı hərəkətləri nəticəsində 2-si azyaşlı olmaqla, təxminən 10 nəfərin ziyan gördüyü bildirilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: