İnnovativ həllərin tətbiqi Qazaxıstana 2050-ci ilə qədər əlavə 75 milyon ton neft hasil etməyə imkan verəcək və illik hasilatın 3 faizlik atımını təmin edəcək.
NUHÇIXAN Qazaxıstan hökumətinin mətbuat xidmətinə istinadla xəbər verir ki, bunu “KazMunayQaz” Milli Şirkəti Səhmdar Cəmiyyəti İdarə Heyətinin sədri Ashat Xasenov bildirib.
O vurğulayıb ki, əməliyyat aktivlərində qalan və çıxarıla bilən neft ehtiyatları təxminən 445 milyon ton təşkil edir. Bu ehtiyatların yarısından çoxunun hasilatı çətindir. Buna görə də şirkət bu ehtiyatları inkişaf mərhələsinə gətirmək üçün texnologiyaları fəal şəkildə tətbiq edir. Eyni zamanda, müasir qazma texnologiyaları da inkişaf etdirilir.
