Mahaçqalada su basmış evlərdən təxliyə edilən sakinlərin sayı 360 nəfəri ötüb.
NUHÇIXAN Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə şəhər meriyasının mətbuat xidmətindən bildirilib.
"Saat 11.00-a olan məlumata görə, 366 nəfər təxliyə edilib. Müvəqqəti yerləşdirmə məntəqələrində 199 zərərçəkmiş yerləşdirilib", – məlumatda qeyd olunub.
Təxliyə edilənlər bir neçə mehmanxana və Maliyyə-İqtisad Kollecinin yataqxanasında yerləşdirilib.
Xəbər verildiyi kimi, Mahaçqalada yağışlar səbəbindən su basmış fərdi evlərdən 80-dən çox adam təxliyə edilib. Bundan başqa, şəhərdə fövqəladə vəziyyət elan olunub.
