İtaliya Yaxın Şərq əməliyyatlarına qatılmaq üçün regiona uçan ABŞ hərbi təyyarələrinin Siciliyadakı “Siqonella” bazasına enməsinə icazə verməyib.
NUHÇIXAN bu barədə “Reuters“ə istinadən xəbər verir ki, məlumata görə, bir neçə ABŞ bombardmançı təyyarəsi Yaxın Şərqə uçuşu zamanı bazaya enməli idi. Mənbə bildirib ki, ABŞ əvvəlcədən enişə rəsmi icazə üçün müraciət etməyib və İtaliyanın hərbi rəhbərliyi ilə məsləhətləşmələr aparılmayıb. Bu, ölkədəki ABŞ hərbi obyektlərinin istifadəsini tənzimləyən müqavilələrə zidd olduğundan enişə icazə verilməyib.
