Latviyanın Xarici İşlər Nazirliyi (XİN) yayılan dezinformasiya ilə əlaqədar Rusiyanın Riqadakı səfirliyinə rəsmi etiraz notası göndərib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Latviya XİN-in məlumatında bildirilib.
"Biz Rusiyanın guya Latviyanın öz ərazisindən Rusiyaya qarşı pilotsuz uçuş aparatlarının (PUA) buraxılması üçün istifadəyə icazə verdiyi barədə yaydığı tamamilə əsassız yalan iddialarını qətiyyətlə rədd edir və bu açıq-aşkar yalan məlumatın dərhal təkzib olunmasını tələb edirik", - məlumatda qeyd olunub.
XİN həmçinin Kiyevin özünümüdafiə hüququnu xatırladaraq, Rusiyanın Ukraynadakı hərəkətlərini beynəlxalq hüququn və BMT Nizamnaməsinin kobud şəkildə pozulması kimi qiymətləndirdiyini vurğulayıb. Latviya tərəfi bir daha Rusiyanı hərbi əməliyyatları dayandırmağa və qoşunlarını Ukraynanın beynəlxalq səviyyədə tanınmış ərazisindən çıxarmağa çağırıb.
