Türkiyənin zirehli texnikaları Pakistana ixrac ediləcək - FOTOLAR

A- A A+

Türkiyə və Pakistan arasındakı hərbi əməkdaşlıq yeni müstəviyə qədəm qoyur. NUHÇIXAN Türkiyə mediasına istinadən xəbər verir ki, "Otokar" şirkətinin Qazaxıstandakı müştərək müəssisəsi tərəfindən istehsal olunan zirehli nəqliyyat vasitələri Pakistan ordusunun sıralarına qoşulmağa hazırlaşır.

Məlumata görə "Otokar"ın Qazaxıstandakı törəmə şirkəti olan "Besqaru" tərəfindən istehsal edilən zirehli maşınlar Pakistan təhlükəsizlik qüvvələrinin istifadəsinə veriləcək. Bu tədarük təkcə Türkiyə və Pakistan arasındakı bağları deyil, həm də Türk dövlətləri arasındakı sənaye tərəfdaşlığının nəticələrini göstərir. Qazaxıstanda istehsal olunan Türkiyə texnologiyasının üçüncü bir ölkəyə (Pakistan) ixrac edilməsi regionda yeni hərbi-iqtisadi modelin uğuru kimi qiymətləndirilir.

Yüksək manevr qabiliyyəti və üstün mühafizə sistemləri ilə tanınan "Cobra II" maşınları Pakistanın mürəkkəb coğrafiyası üçün ideal seçimdir. Bir sözlə bu addım Pakistanın son illərdə Türkiyədən aldığı müxtəlif sistemlərdən sonra quru qoşunlarının modernləşdirilməsi istiqamətində atılan növbəti mühüm addımdır.

Nəriman Nəcəfov

NUHÇIXAN

 

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: