Hindistan bazarında aviasiya yanacağının qiyməti mart ayında iki dəfədən çox artıb. Sonuncu dəfə belə artım 2022-ci ildə qeydə alınıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Hindistanın dövlət neft və qaz şirkəti məlumat yayıb.
Ölkədə aviasiya yanacağının qiymətinin sürətli artımı İranın Hörmüz boğazını bağlaması səbəbindən dünya bazarında neft qiymətlərinin bahalaşması fonunda qeydə alınıb.
Hazırda Hindistanda reaktiv yanacağın qiyməti dörd ilin ən yüksək səviyyəsinə çatıb və min litr üçün 200 min rupini (təxminən 2130 dollar) ötüb. Halbuki Yaxın Şərqdəki münaqişədən öncə bu yanacağın qiymət 96 min rupi idi. Yanacaq qiymətlərinin kəskin artması aviabiletlərin əhəmiyyətli dərəcədə bahalaşmasına səbəb olub.
