Böyük Britaniyada minimum əməkhaqqının artırılması bu həftə təxminən 2,7 milyon nəfərin maaşına təsir edib.
NUHÇIXAN xəbər verir ki, yeni qərara əsasən, 21 yaşdan yuxarı şəxslər üçün minimum saatlıq əməkhaqqı 50 pens artırılaraq 12,71 funt sterlinqə çatdırılıb. 18-20 yaş arası işçilər üçün bu rəqəm 85 pens artaraq 10,85 funt olub. 18 yaşdan aşağı olanlar və şagirdlər üçün isə əməkhaqqı 45 pens artaraq saatda 8 funt sterlinq müəyyən edilib.
Əməkhaqqının artırılması kampaniyaçılar tərəfindən müsbət qarşılansa da, biznes nümayəndələri bu qərarın əlavə xərclərə səbəb olacağını bildirirlər. Onların sözlərinə görə, artan əməkhaqqı xərcləri qiymətlərin yüksəlməsinə və ya işçi sayının azaldılmasına gətirib çıxara bilər.
