ABŞ-nin “Microsoft” korporasiyası 2029-cu ilədək Sinqapurda bulud texnologiyaları və süni intellekt (Sİ) infrastrukturunun inkişafına 5,5 milyard dollar investisiya yatırmağı planlaşdırır.
NUHÇIXAN xəbər verir ki, bu barədə məlumatı korporasiyanın prezidenti və direktorlar şurasının sədr müavini Bred Smit açıqlayıb. O bildirib ki, bulud texnologiyalarına və Sİ infrastrukturuna yatırılan davamlı investisiyalar korporasiyanın Sinqapurun qlobal rəqəmsal liderliyinə olan uzunmüddətli inamının göstəricisidir.
B.Smitin sözlərinə görə, layihə çərçivəsində Sinqapur universitetlərinin bütün tələbələri 12 ay ərzində “Copilot” Sİ köməkçisi və “Microsoft 365 Premium Office” paketindən ödənişsiz yararlana biləcəklər. Bundan əlavə, “Microsoft Elevate” proqramı vasitəsilə müəllimlər və qeyri-kommersiya təşkilatlarının rəhbərləri üçün süni intellekt sahəsində pulsuz təlimlər təşkil olunacaq.
