Gürcüstan Daxili İşlər Nazirliyi narkotik maddələrin qanunsuz dövriyyəsi və yayılmasına qarşı genişmiqyaslı əməliyyat həyata keçirib.
Son 3 gün ərzində narkotik qaçaqmalçılığı ilə əlaqəli və onu dəstəkləyən 108 nəfər saxlanılıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze keçirdiyi brifinqdə məlumat verib.
Məlum olub ki, saxlanılan şəxslərin əksəriyyəti narkotik maddələrin satışı ilə bağlı cinayətkar sxemdə iştirak edib.
Hazırda istintaq araşdırması davam edir. Şübhəlilərə qarşı irəli sürülən ittihamlar sübuta yetirildiyi təqdirdə, onları 20 ilə qədər və ya ömürlük həbs cəzası gözləyir.
