Ötən həftə ərzində Pakistan həbsxanalarından ümumilikdə 155 nəfər əfqan məhbus azadlığa buraxılıb və təhlükəsiz şəkildə öz ölkələrinə qayıdıb.
NUHÇIXAN Çinin Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə Əfqanıstanın Qaçqınlar və Repatriasiya Nazirliyi məlumat yayıb. Bildirilib ki, keçmiş məhbuslar reinteqrasiya dəstəyi almaq üçün müvafiq vilayətlərə göndərilməzdən əvvəl sərhəddə dərhal humanitar yardım alıblar.
Nazirliyin daha əvvəl yaydığı açıqlamada qeyd olunub ki, ötən həftə ərzində Pakistanda saxlanılan təxminən 426 nəfər əfqan məhbus da vətənlərinə qaytarılıb.
