ABŞ Dövlət Departamenti İraqdakı diplomatik obyektlərə edilən hücumlarla bağlı məlumatlar üçün 3 milyon dollaradək mükafat elan edib.
NUHÇIXAN xəbər verir ki, müvafiq elan qurumun saytında yerləşdirilib.
“ABŞ-nin İraqdakı diplomatik obyektlərinə edilən hücumlarla bağlı məlumat üçün 3 milyon dollaradək mükafat təklif edirik. Əgər müvafiq məlumatınız varsa, xahiş edirik bizimlə əlaqə saxlayın”, - deyə elanda bildirilir.
Qeyd edək ki, ABŞ-nin Bağdaddakı səfirliyinə, Ərbildəki konsulluğuna və digər diplomatik obyektlərinə əvvəllər də hücumlar edilib. Mükafat əvvəlki hadisələri araşdırmaq və gələcək hücumların qarşısını almaq məqsədi daşıyır.
