Qazaxıstan və Çin 1,2 milyard dollara polad zavodu tikməyi planlaşdırır

A- A A+

Qazaxıstan və Çinin “Fujian Hengwang Investment” şirkəti Qazaxıstan Respublikasında ildə 3 milyon tona qədər polad istehsal gücünə malik və investisiya həcmi 1,2 milyard dollar olan polad kombinatının tikintisi üzərində işləyir.

NUHÇIXAN Qazaxıstan Ticarət və İnteqrasiya Nazirliyinə istinadla xəbər verir ki, razılaşma nazir Arman Şakkaliyevin Fujian əyalətinə səfərindən sonra əldə edilib. Layihə təxminən 2500 iş yeri yaradılmasını nəzərdə tutur, daxili bazara və ixraca yönəlib.

“QazTrade”in məlumatına görə, 2025-ci ildə Qazaxıstan ilə Fujian əyaləti arasında ticarət dövriyyəsi təxminən 522 milyon dollar təşkil edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: