Avstraliya SAS xüsusi təyinatlı qüvvələrini Yaxın Şərqə yerləşdirib

A- A A+

Avstraliya İran ətrafında gərginliyin artması ehtimalı fonunda Yaxın Şərqə elit SAS xüsusi təyinatlı qüvvələrinin bir bölməsini yerləşdirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə “The Daily Telegraph” qəzeti məlumat yayıb.

Nəşr qeyd edir ki, yerləşdirmə ictimaiyyətə açıqlama verilmədən həyata keçirilib.

Mənbələrə istinadla bildirilir ki, bölmənin Birləşmiş Ərəb Əmirliklərində yerləşən Əl-Minhad hava bazasında dislokasiya olunduğu ehtimal edilir. Bununla belə, yerləşdirmənin dəqiq yeri və digər təfərrüatlar açıqlanmır.

Qəzetin məlumatına görə, sözügedən qüvvələr döyüş əməliyyatlarında iştirak üçün nəzərdə tutulmayıb. Onların əsas vəzifəsi təhlükəsizliyin təmin edilməsi və zərurət yaranacağı təqdirdə, diplomatik missiya heyəti də daxil olmaqla təxliyə əməliyyatlarının həyata keçirilməsidir.

Avstraliyanın Baş naziri Entoni Albaniz daha əvvəl dəfələrlə bəyan edib ki, ölkəsi Yaxın Şərqdə hərbi əməliyyatlarda iştirak etməyəcək. O vurğulayıb ki, Avstraliya qoşunlarının bölgədəki fəaliyyəti tamamilə müdafiə xarakteri daşıyır və əsas məqsəd Avstraliya vətəndaşlarının, eləcə də xaricdəki obyektlərin təhlükəsizliyinin təmin olunmasıdır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: