Fransa 2030-cu ilə qədər raket və PUA arsenalını dördqat artırmağı planlaşdırır

A- A A+

Fransa gərgin döyüşlər zamanı silah istehlakının əhəmiyyətli dərəcədə artdığını nəzərə alaraq, yenilənmiş hərbi planlaşdırma qanun layihəsi çərçivəsində növbəti bir neçə il ərzində raket və pilotsuz uçuş aparatları (PUA) arsenalını dördqat artırmağı planlaşdırır.

NUHÇIXAN xəbər verir ki, bu barədə sənədləri nəzərdən keçirən “Politico” məlumat yayıb.

Nəşrin məlumatına görə, Fransa hökumətinin aprelin 8-də təqdim etməyi planlaşdırdığı yeni qanun layihəsi 2030-cu ilə qədər PUA və raket proqramları üçün 8,5 milyard avro vəsait ayrılmasını nəzərdə tutur. Qanun layihəsində silahların tədarükü və inkişafı üzrə konkret hədəflər müəyyən edilir.

64 səhifəlik layihə sənədində “sifariş və çatdırılmaların artırılması, həmçinin prioritet istehsal güclərinin birgə maliyyələşdirilməsi yolu ilə sənaye infrastrukturunun uyğunlaşdırılması” tələb olunur. Sənəd müəllifləri bildirirlər ki, bu tədbirlər “müharibə iqtisadiyyatına” hazırlıq məqsədi daşıyır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: