Tramp idxal olunan dərmanlara 100 faizlik rüsum tətbiq edəcəyini açıqlayıb

A- A A+

ABŞ Prezidenti Donald Tramp ölkədə istehsalın qurulmasına razılıq verməyəcəkləri təqdirdə, əczaçılıq kompaniyalarının müəyyən dərmanlarına idxal rüsumunu 100 faiz artırmağı planlaşdırır.

NUHÇIXAN xəbər verir ki, yeni tədbirlər fevral ayında ABŞ Ali Məhkəməsi tərəfindən ləğv edilən əvvəlki tarifləri qismən əvəz etmək məqsədi güdür. Ağ Evin saytında dərc olunmuş bəyanatda qeyd olunur ki, xarici dərman istehsalçıları ABŞ hökuməti ilə reseptli preparatların qiymətlərini aşağı salmaq üçün razılığa gəlməli və istehsalı Birləşmiş Ştatlara köçürməyi öhdələrinə götürməlidirlər. Şərtə əməl edənlər üçün tariflər 20 faiz olacaq. Şərtlərin heç birinə əməl etməyən istehsalçıların dərmanlarına isə 100 faiz rüsum tətbiq ediləcək. Böyük əczaçılıq şirkətlərinin Vaşinqtonun şərtlərinə əməl etmək üçün 120 günü, kiçik şirkətlərin isə 180 günü var.

Donald Tramp, həmçinin polad, alüminium və mis məhsullarına tətbiq edilən 50 faizlik rüsumu da qüvvədə saxlayır. Lakin tərkibində metal az olan məhsullar üçün rüsum 25 faizə endiriləcək, metal tərkibi minimal olan (15 faizdən az) məhsullar üçün isə tamamilə aradan qaldırılacaq.

Tarif dəyişiklikləri aprelin 6-da qüvvəyə minəcək.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: