İsrailin “Bereşit” kosmik aparatı Aya eniş zamanı qəzaya uğrayıb. NUHÇIXAN RİA Novosti agentliyinə istinadla xəbər verir ki, missiya rəhbərlərindən birinin məlumatına görə, aparatı Aya yerləşdirmək mümkün olmayıb. “Bereşit” eniş zamanı Yerlə əlaqəsini itirib. Kosmik aparat fevralın 22-də ABŞ-dakı Kanaveral burnunda yerləşən kosmodromdan “Falcon 9” raketi ilə göndərilib və bir həftə əvvəl Ayın orbitinə daxil olub.
İsrailin Baş naziri Benyamin Netanyahu bildirib ki, kosmik aparat 2,5-3 ildən sonra Aya enəcək.