Zelenski: Ukrayna son 10 ay ərzində cəbhədə ən yaxşı nəticələrə nail olub

A- A A+

Ukrayna cəbhədə son 10 ay ərzində ən yaxşı nəticələrə nail olub.

NUHÇIXAN "RBK-Ukrayna"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski Britaniya kəşfiyyatının məlumatları əsasında bildirib.

Onun sözlərinə görə, Britaniyanın Mİ-6 kəşfiyyat xidmətinin qiymətləndirməsinə əsasən, hazırda cəbhə xəttində Ukrayna üçün vəziyyət yaxşıdır. "İşğal və azad edilmiş əraziləri müqayisə etsək, Ukrayna üstünlük qazanıb - təxminən 20 kvadrat kilometr torpaq işğaldan azad edilib", - o deyib.

Zelenski əlavə edib ki, vəziyyət çətindir, lakin son 10 ay ərzində ən yaxşısıdır.

Prezident qeyd edib ki, Ukrayna Silahlı Qüvvələri Rusiyanın mart ayına planlaşdırdığı genişmiqyaslı hücumu boşa çıxarıb. "İndi işğalçılar gücləndirilmiş hücum əməliyyatları taktikasına keçirlər. Hələ ki, biz qlobal təhlükə görmürük", - Zelenski vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: