Çinin “Samarkand 2028” peykinin buraxılışı 2026-cı ilin mayına planlaşdırılıb

A- A A+

Daşkənddə keçirilən “Space Technology Conference 2026” beynəlxalq kosmik texnologiyalar konfransında bildirilib ki, Çinin “StarVision Aerospace” şirkəti tərəfindən hazırlanmış “Samarkand 2028” peykinin buraxılışı bu ilin may ayına planlaşdırılıb.

NUHÇIXAN “Uzbekkosmos” agentliyinə istinadla xəbər verir ki, 2025-ci ildə Özbəkistan və Çin peyk texnologiyaları sahəsində əməkdaşlıq, birgə layihələrin həyata keçirilməsi və elmi-texniki inteqrasiyanın gücləndirilməsi barədə memorandum imzalayıb.

Çinin hiperspektral peykinə “Samarkand 2028” adının verilməsi bu tərəfdaşlığın rəmzinə çevrilib. Layihə ikitərəfli əməkdaşlıq çərçivəsində əsas təşəbbüslərdən biri hesab olunur.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: