ABŞ və İsrailin Hərbi Hava Qüvvələri İranın Xarq adasına hücum edib, bir nəfər ölüb.
NUHÇIXAN xəbər verir ki, bu barədə "Tasnim" agentliyi məlumat yayıb.
"Limanda bir nəfər ölüb, dörd desant gəmisi zədələnib", - məlumatda bildirilib.
Bundan başqa, infrastruktura da ziyan dəydiyi qeyd olunub:
"Partlayış dalğası sərnişin zalının pəncərələrinin sınmasına səbəb olub, həmçinin dəniz terminalının nəzarət otağına ciddi ziyan vurub".
