Ermənistan Müdafiə Nazirliyinə məxsus ZİL markalı avtomobil Sünik vilayətində qəzaya uğrayıb.
NUHÇIXAN erməni KİV-lərinə istinadən xəbər verir ki, Meğri şəhərindən Naxçıvanla sərhəd bölgəsinə doğru gedən magistralda, Meğri inzibati ərazisində yerləşən "Tsirani Dzor"da Ermənistan MN-ə məxsus ZİL markalı avtomobil yol zolağından çıxaraq aşıb.
Qəza nəticəsində əsasən qırıqlar olmaqla, müxtəlif bədən xəsarətləri alan 18 nəfər Meğri hospitalına köçürülüb.
Polis hadisənin detalları barədə araşdırma aparır.