Fransa Prezidenti Emmanuel Makron Cənubi Koreyada keçirilən iqtisadi forum zamanı Avropanın beynəlxalq şirkətlər üçün etibarlı və proqnozlaşdırılabilən tərəfdaş olduğunu qeyd edib.
NUHÇIXAN xəbər verir ki, Seula ikigünlük rəsmi səfəri çərçivəsində keçirilən fransız-koreya iqtisadi forumunda çıxış edən Makron Avropanın cəlbediciliyini vurğulayaraq deyib: “Biz proqnozlaşdırıla bilənik. Avropa son dərəcə cazibədar bir qitədir. Biz işləri sadələşdiririk, modernləşdiririk. Böhranlara sürətlə cavab veririk, lakin hər zaman hüquqi dövlətə və beynəlxalq hüquqa hörmət edirik. Biz güclülərin hüququna inanmırıq. Ticarət tariflərini dəstəkləmirik, qaydalara hörmət edirik”.
İnvestorlar üçün proqnozlaşdırıla bilmənin vacibliyini də xüsusi qeyd edən Fransanın dövlət başçısı bildirib: “İnam və stabillik sənayeçilər və investorlar üçün çox vacibdir. Biz öhdəlik götürəndə bunu birlikdə edirik”.
Forum zamanı Makron, həmçinin Avropanın beynəlxalq, o cümlədən Cənubi Koreya şirkətləri üçün etibarlı və proqnozlaşdırılabilən tərəfdaş olduğunu vurğulayıb.
