Ukrayna Prezidenti Volodimir Zelenski aprelin 4-də Türkiyəyə işgüzar səfər edib.
NUHÇIXAN xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Burhanettin Duran bildirib.
Qeyd edilib ki, səfər çərçivəsində İstanbulda keçiriləcək görüşlərdə Ukrayna ilə Türkiyə arasında ikitərəfli məsələlər, regional proseslər, eləcə də, ilk növbədə, İstanbul Prosesi çərçivəsində atəşkəsin təmin edilməsi və davamlı həll yolları istiqamətində səylərin müzakirə olunması nəzərdə tutulur.
