Media: Aİ-yə üzv ölkələrə büdcə böhranı təhlükəsi ilə bağlı xəbərdarlıq edilib

A- A A+

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) üzv ölkələrin hökumətlərinə yüksək enerji qiymətləri fonunda iqtisadiyyata həddindən artıq dəstəyin büdcə böhranına səbəb ola biləcəyi barədə xəbərdarlıq edib.

NUHÇIXAN xəbər verir ki, “Financial Times” qəzeti bu barədə mənbələrinə istinadla məlumat yayıb. Məlumata görə, Avropa İttifaqı ölkələri elektrik enerjisi subsidiyaları, vergi və aksiz rüsumlarının azaldılması və qiymət məhdudiyyətləri də daxil olmaqla, yüksək yanacaq qiymətləri ilə mübarizə aparmaq üçün tədbirlər planı həyata keçirir. Avropa Komissiyası isə xəbərdarlıq edib ki, bu cür tədbirlərin əhatə dairəsi və müddəti məhdud olmalıdır. Brüssel dəstək tədbirlərinin yüksək inflyasiyaya və büdcə kəsirinin kəskin artmasına səbəb ola biləcəyindən ehtiyatlanır.

Nəşr qeyd edir ki, əgər dəstək tədbirləri büdcə böhranı ilə nəticələnəcəksə, bu, Avropa İttifaqının son altı ildə üçüncü iqtisadi böhranı olacaq. Belə ki, Brüssel 2020-ci ildə koronavirus pandemiyasının nəticələri ilə üzləşib və iki il sonra Ukrayna böhranı nəticəsində iqtisadi çətinliklər yaşayıb. Nəticədə Avropa İttifaqının ümumi dövlət borcu ümumdaxili məhsulun 77,8 faizindən (2019-cu il) 82,1 faizinə yüksəlib (2025-ci il).

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: