NASA astronavtları Reyd Uayzman, Victor Qlover, Kristina Kox və Ceremi Hansen aprelin 6-da Ayın görünməyən tərəfindən keçəcəklər.
NUHÇIXAN xəbər verir ki, kosmonavtlar Yer kürəsindən 406 min 773 kilometr uzaq məsafəyə uçacaqlar. Onlar təxminən 56 il əvvəl, 1970-ci ilin aprelində “Apollo 13” heyəti tərəfindən müəyyən edilmiş 400 min 171 kilometrlik rekordu qıracaqlar. Astronavtlar təxminən altı saat davam edəcək uçuş zamanı Ayın çox qaranlıq tərəflərini müşahidə edəcəklər.
“Artemis” proqramı NASA tərəfindən 2019-cu ildə qurulub. Missiyanın bir hissəsi olan “Orion” kosmik gəmisi aprelin 1-də ABŞ-nin Şərq sahili vaxtı ilə saat 18:35-də Florida ştatının Kanaveral burnundan kosmosa buraxılıb. Missiyanın təxminən 10 gün davam edəcəyi gözlənilir.
