Bu ilin birinci rübündə Monqolustana gələn turistlərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 39 faiz artaraq 143 min 431 nəfərə çatıb.
NUHÇIXAN Monqolustanın Montsame informasiya agentliyinə istinadla xəbər verir ki, xüsusilə mart ayında ölkəyə 59 min 317 turist gəlib ki, bu da 2025-ci ilin mart ayı ilə müqayisədə 50 faiz artım deməkdir.
Monqolustan Turizm Təşkilatı bildirir ki, turist axınlarının davamlı artımı bu sahədəki maraqlı tərəflərin birgə səylərinin nəticəsidir.
