Ötən il Qazaxıstanda orta ömür uzunluğu 75,97 yaşa çatıb ki, bu, ölkə tarixində ən yüksək göstəricidir.
NUHÇIXAN Qazaxıstanın Qazinform informasiya agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi açıqlama yayıb. Bildirilib ki, artım əsasən qeyri-yoluxucu xəstəliklərdən ölüm hallarının azalması ilə bağlıdır. Ölkə Ümumdünya Səhiyyə Təşkilatının Avropa regionunda ilk 10-luqda yer alıb. Ümumi ölüm halları 25 faiz azalıb.
Səhiyyənin İnkişaf Konsepsiyası 2029-cu ilə qədər ömür uzunluğunu 77 yaşa çatdırmağı hədəfləyir.
