Laosda tütün asılılığı hər il 6 mindən çox insanın ölümünə səbəb olur

A- A A+

Laosda hər il 6 mindən çox insan tütün istifadəsinin yaratdığı xəstəliklər səbəbindən həyatını itirir.

NUHÇIXAN Sinxua agentliyinə istinadla xəbər verir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyi məlumat yayıb. Bildirilib ki, tütün asılılığı təkcə insan itkisinə deyil, həm də ölkə iqtisadiyyatına illik təxminən 3,6 milyard kip (təxminən 1,6 milyon ABŞ dolları) həcmində ciddi ziyan vurur.

Tütünlə Mübarizə üzrə Milli Komitənin iclasında elektron siqaretlərin qadağan edilməsi və qanunvericiliyin sərtləşdirilməsi məsələləri müzakirə olunub. Səhiyyə naziri Bayham Xatti tütün sənayesini ictimai sağlamlıq və milli inkişaf üçün əsas təhdid adlandırıb. Nazir bu bəla ilə mübarizədə dövlət qurumlarının birgə fəaliyyətinin və nəzarət mexanizmlərinin gücləndirilməsinin vacibliyini vurğulayıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: