Almaniyada dizel yanacağının qiyməti artmaqda davam edir

A- A A+

Almaniyada dizel yanacağının qiyməti artmaqda davam edir və yeni rekord səviyyəyə çatıb.

NUHÇIXAN xəbər verir ki, Alman Avtomobil Klubunun (ADAC) məlumatında qeyd olunub.

Ölkədə yanacaqdoldurma məntəqələrinə qiymət artırmağa gündə bir dəfə icazə verilməsini nəzərdə tutan “Avstriya modeli”nin aprelin 1-dən tətbiqi də qiymət artımını dayandıra bilməyib. Nəticədə dizel yanacağının qiyməti hər gün yeni rekord səviyyəyə yüksəlib. Aprelin 5-də - Pasxa bayramı günü ölkədə bir litr dizel yanacağının orta qiyməti əvvəlki günlə müqayisədə 1,5 sent artaraq 2,44 avro olub. Bu, 2022-ci ilin martına aid əvvəlki rekordu 11,5 sent üstələyib.

Aprelin 6-da saat 11:45-də “Super E10” markalı yanacağın orta qiyməti 2,169 avro olduğu halda, saat 12:15-də 6,6 sent artaraq 2,2 avroya yüksəlib. Dizelin qiyməti də 2,421 avrodan 2,487 avroya yüksəlib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: