Türkiyədə qanunsuz tikinti və rüşvətlə bağlı 20 nəfər saxlanılıb

A- A A+

Türkiyənin iki əyalətində - İstanbul və Yalovada qanunsuz tikinti, eləcə də yaşayış icazəsi pozuntuları və rüşvətə qarşı əməliyyat keçirilib.

NUHÇIXAN xəbər verir ki, məlumatı "TRT Haber" yayıb.

Bildirilib ki, İstanbul Baş Prokuroru Xüsusi İstintaq Bürosunun koordinasiyası ilə aparılan istintaq çərçivəsində Üsküdar Bələdiyyəsində tikinti və yaşayış icazəsi prosesindəki pozuntulara, həmçinin rüşvət iddialarına dair İstanbul və Yalovada eyni anda 30 ünvanda əməliyyat keçirilib.

Əməliyyatla İstanbulda 19, Yalovada 1 şübhəli olmaqla 20 nəfər saxlanılıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: