BMT 40 min mandatın nəzərdən keçirilməsinə başlayır

A- A A+

“BMT – 80” təşəbbüsü çərçivəsində Birləşmiş Millətlər Təşkilatı sisteminin islahatı yeni bir mərhələyə qədəm qoyur - problemlərin “diaqnozundan” praktik dəyişikliklərin həyata keçirilməsinə keçid prosesi başlayır.

NUHÇIXAN xəbər verir ki, Baş Assambleyanın prezidenti Annalena Berbok bu açıqlamanı bazar ertəsi günü Nyu-Yorkda Baş Assambleyanın qeyri-rəsmi iclasında çıxış edərkən verib.

Onun sözlərinə görə, təşəbbüsün başlanmasından bir il sonra artıq əhəmiyyətli irəliləyişlər müşahidə olunur. Xüsusilə, mandatların yaradılması, tətbiqi və nəzərdən keçirilməsi ilə bağlı ötən həftə əsas qətnamənin qəbul edilməsi əhəmiyyətli bir addım olub.

BMT-nin mövcud olduğu 80 ildən çox müddət ərzində 40 mindən çox mandat yaradılıb. Lakin bunlardan bəziləri köhnəlib, təkrarlanıb və ya istifadə edilmir.

“Bu, sadəcə inzibati islahatla bağlı deyil, BMT resurslarının müasir prioritetlərə və ehtiyaclara uyğunlaşdırılmasını təmin etməklə əlaqəlidir”, - deyən Berbok üzv dövlətlərə bu prosesdə fəal iştiraklarına görə minnətdarlığını bildirib.

O, həmçinin xatırladıb ki, mandat icmalı üzrə xüsusi işçi qrupunun iki həmsədri tezliklə təyin olunacaq və 1 may 2026-cı il tarixinə qədər işlərini bərpa edəcəklər.

Baş Assambleya sədrinin sözlərinə görə, mandatların nəzərdən keçirilməsi prosesi artıq BMT sistemində səylərin təkrarlanmasını aradan qaldırır və onların təsnifatını müəyyən edir, daha dərin struktur və proqram islahatlarına yol açır.

Görüşdə, həmçinin BMT Qadınları və Birləşmiş Millətlər Təşkilatının Əhali Fondunun (UNFPA) birləşdirilməsi ehtimalı, eləcə də texnologiyanın inkişafı və məlumatların istifadəsi ilə bağlı məsələlər müzakirə edilin.

Berbok vurğulayıb ki, “BMT-80” təşəbbüsü ilə bağlı qarşıdan gələn hərtərəfli hesabat islahatlara əlavə təkan verə, həm onların tempini sürətləndirə, həm də əsas məzmununu təkmilləşdirə bilər. O, təşkilata üzv dövlətləri prosesdə fəal və konstruktiv iştiraklarını davam etdirməyə çağırıb.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: