Gürcüstanda xüsusi əməliyyat zamanı 12 nəfər həbs edilib

A- A A+

Gürcüstanın Daxili İşlər Nazirliyi (DİN) mütəşəkkil cinayətkarlığa qarşı mübarizə çərçivəsində paytaxtda və bölgələrdə xüsusi əməliyyat keçirib.

NUHÇIXAN xəbər verir ki, bu barədə Gürcüstan DİN-i məlumat yayıb.

Bildirilib ki, tədbirlər nəticəsində qanunsuz silah və sursat əldə etmək və saxlamaq ittihamı ilə 12 nəfər həbs edilib.

Təqsirləndirilən şəxslərin evlərindən, nəqliyyat vasitələrindən və anbarlarından müxtəlif silah və sursatlar müsadirə olunub.

Faktla bağlı istintaq aparılır.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: