Mustafa Çiftçi: İstanbuldakı atışmada bir şübhəli öldürülüb, hücum edənlərin şəxsiyyəti müəyyənləşib

A- A A+

İsrailin İstanbuldakı Baş Konsulluğunun qarşısında baş verən silahlı insident zamanı bir şübhəli öldürülüb, ikisi yaralı halda ələ keçirilib.

NUHÇIXAN "Haber Global"a istinadən xəbər verir ki, hazırda onların şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

İstanbul valisi Davud Gül aprelin 7-də İsrailin İstanbuldakı Baş Konsulluğuna hücumu belə şərh edib:

"Polis əməkdaşlarının sayıqlığı və vaxtında müdaxiləsi sayəsində çox böyük təhlükənin qarşısı alınıb. Hazırda hücumda iştirak edənlərin şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlər görülür".

Vali həmçinin diplomatik missiyada İsrailin heç bir diplomatının olmadığını da söyləyib.

Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi isə bildirib ki, hücum edənlərin şəxsiyyətləri müəyyən edilib:

"İzmitdən icarəyə götürülmüş avtomobillə İstanbula gəldikləri təsbit edilən şəxslərdən birinin radikal qruplarla əlaqəsi olduğu aşkar edilib. Eyni zamanda, ikisi qardaş olan terrorçulardan birinin narkoloji mərkəzdə qeydiyyatda olduğu da müəyyənləşib".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: