Yaxın Şərqdəki hərbi toqquşmalar səbəbindən dünya bazarında xam neftin qiymətinin qalxması ilə əlaqədar Çində yanacağın pərakəndə satış qiymətləri yenidən bahalaşıb.
NUHÇIXAN xəbər verir ki, Çinin iqtisadi planlaşdırıcı orqanı olan Dövlət İnkişaf və İslahat Komissiyası ölkədə mövcud qiymət mexanizminə əsasən, benzin və dizel yanacağının qiymətləri müvafiq olaraq ton üçün 800 yuan (təxminən 116 ABŞ dolları) və 770 yuan artırılmalı olduğunu, lakin mart ayında qəbul edilmiş müvəqqəti nəzarət tədbirlərinə sayəsində bu qiymətlərin müvafiq olaraq ton üçün 420 yuan və 400 yuan artacağını açıqlayıb.
Çinin 3 ən böyük neft şirkətinə, eləcə də digər neft emalı zavodlarına sabit tədarükü təmin etmək üçün istehsalı davam etdirmək və daşınmanı asanlaşdırmaq tapşırılıb.
Qeyd edək ki, bu, Yaxın Şərqdəki gərginliyin qlobal neft qiymətlərinə təsirindən sonra Çində 3-cü qiymət artımıdır. Bununla yanaşı, dünya bazarında neft qiymətlərinin artması fonunda martın 23-dən ölkədə benzin və dizel yanacağının pərakəndə satış qiymətlərinə müvəqqəti nəzarət tədbirləri tətbiq edilir. Məqsəd beynəlxalq neft qiymətlərinin qeyri-adi artımının daxili bazara təsirini azaltmaq, aşağı axın istifadəçilərinə düşən yükü yüngülləşdirmək, sabit iqtisadi fəaliyyət və sosial həyat tərzini təmin etmək üçün qəbul olub.
Çin ABŞ-dən sonra dünyada ən böyük yanacaq istehlakçısıdır. Çində istehlak olunan neftin 70 faizi idxal neftidir ki, onun da 90 faizi dəniz yolu ilə tədarük edilir.
