Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Yaxın Şərqdə tam atəşkəs və barışıq barədə razılaşmanın əldə olunmasını alqışlayıb.
NUHÇIXAN xəbər verir ki, bu barədə Qazaxıstan Prezidentinin mətbuat katibi Aybek Smadiyarov məlumat verib.
"Prezident Kasım-Jomart Tokayev Pakistanın Baş naziri Şahbaz Şərifin və Pakistan Silahlı Qüvvələrinin baş komandanı feldmarşal Asim Munirin vasitəçiliyi ilə Yaxın Şərqdə tam atəşkəs və barışıq barədə razılaşmanın əldə olunmasını alqışlayır", - A.Smadiyarov sosial şəbəkələrdə yazıb.
Bəyanatda vurğulanıb ki, bu razılaşma ABŞ Prezidenti Donald Trampın və İranın ali rəhbərliyinin, eləcə də hərbi münaqişəyə cəlb olunmuş bütün ölkələrin xoş iradəsi və müdrikliyi sayəsində mümkün olub.
K.Tokayev qlobal ticarətin inkişafı və bütün dövlətlərin iqtisadi rifahı məqsədilə əldə olunmuş barışıq barədə razılaşmanın uzunmüddətli xarakter daşıyacağına ümid etdiyini bildirib.
