Ukraynanın xarici işlər naziri ABŞ ilə İran arasında atəşkəsə münasibət bildirib

A- A A+

Ukraynanın xarici işlər naziri Andrey Sibiqa hesab edir ki, Yaxın Şərqdə atəşkəs rejiminin tətbiqindən sonra qətiyyət nümayiş etdirməyin və Ukraynadakı münaqişə ilə bağlı Rusiyanın da oxşar addım atmasını tələb etməyin vaxtı gəlib çatıb.

NUHÇIXAN xəbər verir ki, Ukraynanın xarici işlər naziri bu barədə “X” sosial şəbəkəsində yazıb.

Nazir qeyd edib: “Prezident Tramp və İran rejimi arasında Hörmüz boğazının açılması və atəşkəs rejiminin tətbiqi ilə bağlı razılaşmanı, eləcə də Pakistanın vasitəçilik səylərini alqışlayırıq. Amerikanın qətiyyəti öz bəhrəsini verir. Biz inanırıq ki, Moskvanı atəşi kəsməyə və Ukraynaya qarşı müharibəni dayandırmağa məcbur etmək üçün kifayət qədər qətiyyət nümayiş etdirməyin vaxtı gəlib çatıb”.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: