Qətər Çinin qaz bazarını Rusiyaya uduza bilər

A- A A+

Çin ABŞ və İran arasında əldə edilən atəşkəs rejiminə baxmayaraq, Qətərdən maye qaz idxalını artırmayacaq.

NUHÇIXAN xəbər verir ki, “Bloomberg” agentliyinin məlumatına görə, Qətərin Çinə neft ixracı 2025-ci ildə 11 faiz azalaraq 68,4 milyon tona düşüb ki, bu da təxminən 20 illik artımdan sonra kəskin azalma deməkdir. 2026-cı ildə isə idxal Çin iqtisadiyyatında davam edən durğunluq səbəbindən 62,3 milyon tona enəcək.

Analitiklərin sözlərinə görə, Pekin regiondakı gərginlik səbəbindən Körfəzdəki mövcudluğunu məhdudlaşdıra, bunun əvəzinə isə daxili istehsala və Rusiyadan çəkilən boru kəmərlərinə etibar edə bilər. Həmçinin Pekinin kifayət qədər ehtiyatları olan daş kömür və bərpaolunan enerji mənbələri kimi alternativ enerji mənbələrinə yönələcəyi gözlənilir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: