Kreml İran ilə ABŞ arasında atəşkəsi alqışlayır

A- A A+

Kreml İran ilə ABŞ arasında atəşkəs xəbərini alqışlayıb.

NUHÇIXAN xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə Moskvanın əvvəldən gərginliyin siyasi və diplomatik kanala yönəldilməsini müdafiə etdiyini bildirib və tərəflərin gələcək silahlı qarşıdurmadan imtina etməsini alqışlayıb.

O, mülki və iqtisadi hədəflərə hücumların qarşısının alınmasının vacibliyini vurğulayıb və tərəflər arasında birbaşa əlaqələrin dərhal qurulmasına ümid etdiyini bildirib.

Kreml sözçüsünün sözlərinə görə, İran və Amerika nümayəndə heyətləri arasında qarşıdakı danışıqlar dinc müzakirələrin davam etdirilməsinə töhfə verə və tərəflərə danışıqlar masasında öz maraqlarını müdafiə etməyə imkan yarada bilər.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: