Gürcüstanda yanacağın qiyməti yenidən artıb

A- A A+

Gürcüstanın brend yanacaqdoldurma məntəqələrinin əksəriyyətində yanacağın qiyməti yenidən artıb.

NUHÇIXAN xəbər verir ki, son 4 gündə qiymət artımı 5–15 tetri arasında dəyişib. Nəticədə, cari il martın 9-dan bu günə qədər yanacağın qiyməti 35–90 tetri artıb.

Hazırda bəzi yanacaqdoldurma məntəqələrində "Super" markalı benzin 3,99 lariyə (46 tetri artım), "Premium" markalı benzin 3,59 lariyə (52 tetri artım), "Euro Regular" isə 3,45 lariyə (48 tetri artım) satılır.

Ən çox bahalaşma dizel yanacağında qeydə alınıb. Belə ki, "Euro Diesel" markalı dizel yanacağı 3,97 lariyə (90 tetri artım), "Effektive Diesel" isə 3,69 lariyə (85 tetri artım) alıcılara təklif olunur.

Qeyd edək ki, Yaxın Şərqdə baş verən hadisələr, xüsusilə Hörmüz boğazı vasitəsilə daşımaların gecikməsi qlobal neft bazarına təsir edir.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: