İranla aprelin 11-də Pakistanda başlayacaq danışıqlarda ABŞ nümayəndə heyətinə Vitse-prezident Cey. Di. Vens rəhbərlik edəcək.
NUHÇIXAN xəbər verir ki, bu barədə jurnalistlər üçün keçirilən brifinqdə Ağ Evin mətbuat katibi Kerolayn Livitt bildirib.
Mətbuat katibi əlavə edib ki, Cey. Di. Vens, xüsusi elçi Stiv Vitkoff və Cared Kuşner ilə birlikdə iranlı həmkarları ilə şəxsən danışıqlar aparmaq üçün Pakistana gedəcək. Həmin danışıqların təfərrüatları və müzakirə olunan dəqiq təkliflər isə hələ də qeyri-müəyyəndir.
“ABŞ və İran arasında atəşkəs regionda uzunmüddətli sülhün başlanğıcı ola biləcək”, - deyə Kerolayn Livitt qeyd edib.
