Paşinyan: Qazaxıstan TRIPP layihəsinə maraq göstərir

A- A A+

Bir sıra ölkələr, o cümlədən Qazaxıstan "Beynəlxalq sülh və rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinə maraq göstərib.

NUHÇIXAN yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə brifinq zamanı Ermənistan Baş naziri Nikol Paşinyan bəyan edib.

N.Paşinyan bildirib ki, Qazaxıstan 2025-ci ilin avqustundan yəni TRIPP üzrə sazişin imzalanmasının ilk günlərindən öz marağını gizlətməyib:

"Çünki bu, beynəlxalq əlaqənin yeni yolunu açacaq. Qazaxıstan isə Çin və Avropa arasında daşıma marşrutunda ən böyük oyunçulardan biridir. O, belə maraq ifadə edən yeganə ölkə deyil, bu da təbiidir. Hamının aydın təsəvvürü olmalıdır ki, yük Ermənistanın sərhədinə çatıb onun ərazisindən keçibsə, bundan sonra hansı yollarla gedəcək. Marşrutdakı bütün ölkələr bu halda bir zəncirin hissələridir".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: