Yaşar Gülər: Aİ-nin üzv olmayan NATO müttəfiqlərini kənarda qoyan yanaşmadan imtinasına ümid edirik

A- A A+

NATO-nun dayanıqlığında Türkiyənin etibarlı tətəfdaşlığı böyük rol oynayır və Türkiyə güclü müdafiə qabiliyyəti və sənayesi ilə Avropanın təhlükəsizliyinə daha çox töhfə verə bilər.

NUHÇIXAN-ın məlumatına görə, bunu "NATO-nun Ankara zamanı dayanıqlı bir ittifaq üçün strateji mövqelənmə" adlı tədbirdə Türkiyənin Milli müdafiə naziri Yaşar Gülər bildirib.

O qeyd edib ki, NATO-dakı müttəfiqlər müdafiə xərcləri üzrə öhdəlikləri və onların hərbi baxımdan qarşılarına hansı hədəfləri qoyduqlarını açıqlamalıdırlar.

"Avropa İttifaqının, başda ölkəmiz olmaqla, Aİ-ə üzv olmayan NATO müttəfiqlərini kənarda qoyan yeni təhlükəsizlik yanaşmalarından imtina edərək NATO-nu dəstəkləyən mövqeyə qayıtmasını ümid edirik. Əks halda, bu yanaşmanın Avropanın təhlükəsizliyinə və dayanıqlığına, eləcə də ABŞ-nin Avropadakı qüvvələrinin azalmasına və bunun daha çox zərər verəcəyini düşünürük".

Y.Gülər bəyan edib ki, Türkiyə güclü müdafiə qabiliyyəti və sənayesi ilə Avropanın təhlükəsizliyinə daha çox töhfə verə bilər:

"Avropada bir çox tərəfdaşımızın bunun fərqində olduğunu bilirik və digərlərinin də bunu düzgün təhlil edərək məntiqli mövqe sərgiləyəcəyinə inanırıq".

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: