İslamabad İran-ABŞ danışıqlarına hazırlaşır: paytaxtda əsas yollar bağlanıb

A- A A+

İslamabad İran və ABŞ nümayəndə heyətlərinin danışıqlar üçün Pakistana səfəri ərəfəsində paytaxtın əsas yollarını bağlayıb.

NUHÇIXAN xəbər verir ki, İslamabadın hökumət binaları kompleksinin, eləcə də diplomatik nümayəndəliklərin yerləşdiyi qırmızı zonaya girişə sərt məhdudiyyətlər tətbiq edilib. Polis paytaxtda nəzarəti gücləndirib. Bütün əsas yollarda əlavə nəzarət məntəqələri qurulub. Ordu hissələri də asayişin qorumasına cəlb olunub. Eyni zamanda, nümayəndə heyətlərinin yerləşdirilməsi planlaşdırılan “Serena” hotelinə gedən bütün yolları bağlanıb. Danışıqlar səbəbindən aprelin 9-10-da İslamabadda rəsmi tətil elan edilib.

Pakistan Baş nazirin iqamətgahı İran-ABŞ danışıqları üçün alternativ məkan kimi nəzərdən keçirilir.

Qeyd edək ki, aprelin 7-də ABŞ Prezidenti Donald Tramp İranla 2 həftəlik qarşılıqlı atəşkəs rejiminin qüvvəyə mindiyini elan edib. O, tərəflərin demək olar ki, bütün mübahisəli məsələləri həll etdiyini və Vaşinqtonun Tehranın 10 maddəlik təkliflərini gələcək danışıqlar üçün əsas kimi gördüyünü söyləyib. Tehran da öz növbəsində İrana hücum edilməyəcəyi təqdirdə “müdafiə hücumlarını” dayandırmağa razı olub. İranla ABŞ arasında vasitəçilik edən Pakistanın Baş naziri Şahbaz Şərif aprelin 10-da tərəfləri danışıqlara dəvət edib.

Digər xəbərlər

Xəbərin mətnində orfoqrafik səhv var

Seçilən mətn düzəliş üçün göndəriləcək: